Bank Of Baku

Bakının orta məktəblərinin əlaçı məzunlarının 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib

Bakının orta məktəblərinin əlaçı məzunlarının 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib
# 03 fevral 2010 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakıda 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. APA-nın məlumatına görə, zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Bakının Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal rayonlarının, eləcə də Şuşa, Zəngilan, Xocalı, Xocavənd məktəblərinin direktor və müəllimləri iştirak edib.

Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, nazir kimi əsas narahatlığı builki qəbul imtahanlarında bəzi göstəricilər üzrə nəticələrin ötən illərdən aşağı olmasıdır: “Kənardan belə fikir yaranır ki, il ərzində təhsilin səviyyəsi aşağı düşüb. Bunun səbəbləri araşdırılmalıdır. Ümumi istəyimiz ondan ibarətdir ki, Azərbaycan təhsili yüksək səviyyədə olsun. TQDK və Təhsil Nazirliyi bir istiqamətə qulluq edən dövlət qurumlarıdır”.

TQDK sədri Məleykə Abbaszadə isə rəqəmlərlə danışaraq deyib ki, ötən il Bakının orta ümumtəhsil məktəblərini 25244 şagird bitirib, onların 23005 nəfəri attestat alıb. Attestat alanların 93,48 faizi qəbul imtahanlarında iştirak edib. İmtahanın nəticələrinə əsasən paytaxtın 9030 məzunu (imtahanda iştirak edən məzunların 41,99 faizi) tələbə adını qazanıb. Abituriyentlərin çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladığı ota bal 241.044-ə bərabərdir ki, bu da ölkə üzrə orta göstəricidən 13,7 faiz yuxarıdır. Bakının attestat qiymətləri əla olan abituriyentlərindən 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR