Bank Of Baku

Astara şəhər bazarının köçürülməsi satıcıların narazılığına səbəb olub

Astara şəhər bazarının köçürülməsi satıcıların narazılığına səbəb olub
# 03 fevral 2010 14:33 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Yerli icra strukturlarının sərəncamına əsasən Astara şəhərindəki Mərkəzi Sahibkar Bazarının köçürülməsinə başlanıb. APA-nın xəbərinə görə, köçürmə qərarı bazardakı 600-dən çox satıcı ilə yerli qurumların nümayəndələri arasında qarşıdurmaya səbəb olub. Satıcılar yeni bazarın dənizin yaxınlığında yerləşdiyini və orada alış-veriş üçün heç bir şərait olmadığını söyləyərək köçməkdən imtina ediblər. Köhnə bazarın müdiri Asəf Həziyev bildirib ki, polis vasitəsilə 50-dən çox satıcı bu gün yeni bazara köçürülsə də, şərait olmadığından onlar köhnə iş yerlərinə qayıtmalı olublar.

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzaim Hüseynov satıcılarla görüşüb və dəniz kənarındakı yeni bazarda yaxın vaxtlarda müasir tələblər səviyyəsində təmir-tikinti işlərinin aparılacağını deyib.

Qeyd edək ki, 30 sot ərazisi olan Astara Mərkəzi Sahibkar Bazarı 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR