Bank Of Baku

Lənkəranda A/H1N1 virusuna qarşı peyvəndləmə başlayıb

Lənkəranda A/H1N1 virusuna qarşı peyvəndləmə başlayıb
# 03 fevral 2010 14:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fevralın 3-dən Lənkəranda A/H1N1 virusuna (“donuz qripi”) qarşı peyvəndləmə kampaniyasına başlanıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Əbülfət Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin xətti ilə rayona 2500 doza peyvənd gətirilib. İlkin mərhələdə vaksinlər tibb işçilərinə vurulur. Rayon üzrə təxminən 2000 həkim və tibb işçisi var. Onlardan 53 nəfəri peyvənd olunub. Baş həkimin müavini tibb işçilərindən sonra məktəblilərin peyvənd olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR