Bank Of Baku

Naxçıvanda “donuz qripi”nə qarşı vaksinasiya prosesinə start verilib

Naxçıvanda “donuz qripi”nə qarşı vaksinasiya prosesinə start verilib
# 03 fevral 2010 15:49 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan Muxtar Respublikasında (MR) AH1N1 virusuna (“donuz qripi”) qarşı vaksinasiya işlərinə start verilib. Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) APA-ya verilən məlumata görə, artıq 10 300 ədəd vaksin muxtar respublikaya gətirilib.
Vaksinlər ilkin olaraq risk qrupuna daxil olan tibb işçilərinə, gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərənlərə vurulacaq. Artıq Naxçıvan Beynəlxalq Hava Limanında, Naxçıvan Şəhər Uşaq Xəstəxanasında və Şərur Rayon Mərkəzi Xəstəxanasında prosesə başlanılıb.
Peyvəndləmə işlərinin sistemli çəkildə aparılması üçün məntəqələr üzrə briqadalar yaradılıb. Hər briqadaya 2 vaksinator, terapevt, qeydiyyatçı və GEM-in əməkdaşı təhkim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR