Bank Of Baku

Bakıdakı 135 saylı bağçanın şəraiti ABŞ-ın dəstəyi ilə yaxşılaşdırılıb - FOTOSESSİYA

Bakıdakı 135 saylı bağçanın şəraiti ABŞ-ın dəstəyi ilə yaxşılaşdırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 03 fevral 2010 15:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Fevralın 3-də “Kaunterpart İnternational” İcma Humanitar Yardım Proqramı çərçivəsində Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 135 saylı bağçanın vanna otağı, mətbəx və dəhlizinin təmirdən sonra açılış mərasimi keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində səfir müavini vəzifəsini icra edən Terri Devidson, “Kaunterpart”ın əməkdaşları və bağçanın kollektivi iştirak edib.

Bu layihə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kiçik təmir və bərpa layihəsi”dir. Layihəyə 12 min ABŞ dolları ayrılıb. Layihənin əsas məqsədi 135 saylı uşaq bağçasının vanna otağının, döşəməsinin və divarlarının örtüyünün, kanalizasiya və su sisteminin, elektrik xəttinin, qapı və pəncərələrin dəyişdirilməsi, isti su ilə təminat üçün su qızdırıcısının quraşdırılması ilə uşaqların yaşayış səviyyəsinin, sanitariya və gigiyena şəraitinin yaxşılaşdırılmasıdır. Bağçada böyüyən 60 uşaq kimsəsiz və çoxuşaqlı, kasıb, qaçqın və məcburi koçkün ailələrindən olan uşaqlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR