Bank Of Baku

Naxçıvanda Gənclər və İdman Nazirliyinin yeni binasının açılışı olub

Naxçıvanda Gənclər və İdman Nazirliyinin yeni  binasının açılışı olub
# 03 fevral 2010 16:48 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyinin yeni binası istifadəyə verilib. APA-nın məlumatına görə, mərasimdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib. Vasif Talıbov Azərbaycanda idman sahəsində qəbul olunan qanun və digər normativ aktların bu sahədə Azərbaycan dövlətinin siyasətinin uğurla həyata keçirilməsinə imkan və şərait yaratdığını, ötən illərdə muxtar respublikada 2 Olimpiya-İdman Kompleksinin, 2 üzgüçülük mərkəzinin, 689 sadə idman qurğusunun, 9 süni örtüklü mini futbol meydançasının, 12 stadionun istifadəyə verildiyini bildirib.

Hazırda muxtar respublika əhalisinin 64 faizini uşaq və gənclərin təşkil etdiyini deyən Ali Məclis sədri onlarla aparılan işin, həyata keçirilən tədbirlərin Azərbaycanın gələcəyinə xidmət etdiyini deyib.

Sonra inzibati binaya baxış olub. Orijinal memarlıq üslubu ilə inşa oluna bina 12 otaq və 108 yerlik akt zalından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR