Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin iclası başlayıb - FOTOSESSİYA

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin iclası başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 fevral 2010 08:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin birinci iclası keçirilir. APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 25 il öncə üzv ölkələr arasında iqtisadi və texniki əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılan İƏT-in beynəlxalq nüfuzu artmaqdadır: “Hər dövlət iqtisadi inkişafa can atır. Dövlət ilk növbədə vətəndaşlarının qayğısına qalmalı, əhalinin rifahının yaxşılaşmasına, həyat şəraitinin yüksəlməsinə çalışmalıdır. Hazırda Azərbaycanda büdcədən səhiyyə ayırmaları, səhiyyə sahəsində iqtisadi-humanitar fəaliyyət artır. Qlobal dünyada heç bir dövlət öz səhiyyəsini fərdi şəkildə inkişaf etdirə bilməz. Səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq lazımdır”.

O. Şirəliyevin sözlərinə görə, sağlam vətəndaşları olan ölkələrin iqtisadiyyatları da güclü olur. Nazir deyib ki, 10 ölkənin üzvü olduğu təşkilatın əsas məqsədi iqtisadi əməkdaşlığa yönəlib: “Bu tədbir uğurlu və məhsuldar keçəcək. Bu görüşdən sonra hər bir ölkədə səhiyyənin inkişafına təkan verəcək yeni imkanlar açılacaq”.

O. Şirəliyev iclasda qan transfusiyası, əczaçılıq sahəsində əməkdaşlıq, səhiyyə və texniki sahələrdə təcrübə mübadiləsi, mühüm səhiyyə məsələləri üzrə İƏT ölkələrində akademik sədrliyin təsisatı, səhiyyə sahəsində əməkdaşlığa dair fəaliyyət planının hazırlanması məsələlərinin müzakirə ediləcəyini və Bakı Bəyannaməsinin qəbul olunacağını söyləyib.

İƏT-in baş katibi Məhəmməd Marufi isə bəyan edib ki, təşkilat üzvləri əllərində olan regional imkanlardan istifadə etməli və bunların əsasında fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir: “Burada gələcək işlər və fəaliyyətlərlə bağlı fikirlər bildiriləcək. Müzakirələr nəticəsində müsbət nəticənin əldə ediləcəyinə inanıram. Regionda sağlam səhiyyə mühitinin yaradılması üçün burada səslənən fikirlər dəyərli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR