Bank Of Baku

Kür və Araz çaylarında suyun keyfiyyəti getdikcə pisləşir

Kür və Araz çaylarında suyun keyfiyyəti getdikcə pisləşir
# 04 fevral 2010 09:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Kür və Araz çaylarında suyun keyfiyyətinə nəzarət gücləndirilib. Amma buna baxmayaraq, bu çaylarda suyun keyfiyyəti getdikcə pisləşir”. APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi üzrə monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslimov deyib. O bildirib ki, hazırda Kür və Araz çayları Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilir: “Nə Ermənistan, nə də Gürcüstan suların çirklənmədən qorunmasına dair beynəlxalq konvensiyalara qoşulmurlar və çirkab suların su hövzələrinə axıdılması ilə bağlı öhdəliyə qoşulmaq istəmirlər”.

Paytaxtın içməli su ilə təminatına gəldikdə, nazirlik nümayəndəsi bəyan edib ki, Bakıya hazırda 4 böyük su xətti daxil olur və həmin su borularının əksəriyyəti 50-60 ildir ki, istifadə edilir: “Bakı şəhərinin içməli su ilə təmin olunması üçün Oğuz və Qəbələdən su xətti çəkilir. Bu layihənin Bakının su probleminin həllində əhəmiyyətli rolu olacaq və su xəttinin çəkilişi bu il başa çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR