Bank Of Baku

Ucar rayonundakı kənd xəstəxanalarında struktur dəyişikliyi aparılır

Ucar rayonundakı kənd xəstəxanalarında struktur dəyişikliyi aparılır
# 04 fevral 2010 10:10 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Azərbaycanın Ucar rayonunda kənd xəstəxanalarında struktur dəyişikliyi aparılır. Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rza Abdullayevin APA-nın Aran bürosuna verdiyi məlumata görə, dəyişiklik Səhiyyə Nazirliyinin qərarı əsasında baş verir. Rayondakı 11 xəstəxanadan 9-u ləğv olunaraq yerində həkim məntəqələri yaradılır. İki səhiyyə müəssisəsi - Qazıqumlaq və Bərgüşad kənd xəstəxanaları isə müasir tələblərə cavab verdiyi üçün saxlanılır.

Struktur dəyişikliyinin aparılması ixtisarlara da səbəb olacaq. Baş həkim ixtisarların minimum dərəcədə aparılacağını deyib. Struktur dəyişikliyinin 1 aya yekunlaşacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR