Bank Of Baku

Azərbaycan Ərazilərinin Yenidən Qurulması və Bərpası Agentliyinin sədri: “Qubadakı kütləvi məzarlığın ərazisində ciddi təhlükə yaranıb”

Azərbaycan Ərazilərinin Yenidən Qurulması və Bərpası Agentliyinin sədri: “Qubadakı kütləvi məzarlığın ərazisində ciddi təhlükə yaranıb”
# 04 fevral 2010 10:36 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, üç aydan çoxdur, Qudyalçayın sahilində baş verən uçqunlar ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım nəticəsində yaranan kütləvi məzarlıq üçün ciddi təhlükə törədir. Mütəxəssislər çayın yatağında xüsusi bəndlərin vurulmasını zəruri hesab ediblər.

Əli Məmmədov APA-nın şimal bürosuna açıqlamasında həqiqətən də ərazidə ciddi təhlükə yarandığını təsdiqləyib. Onun bildirdiyinə görə, qarşıdakı həftə ərzində ərazidə bəndin vurulması və çayın yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədi ilə xüsusi tədbirlər başlanacaq.
Agentlik sədri, həmçinin onu da qeyd edib ki, Qubadakı soyqırım məzarlığı üçün gözlənilən təhlükə nəzarətdədir və bu təhlükənin aradan qaldırılması üçün müvafiq layihə hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR