Bank Of Baku

Qırğızıstanın nazir müavini Qubadakı kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəldiyini deyib

Qırğızıstanın nazir müavini Qubadakı kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəldiyini deyib
# 04 fevral 2010 10:52 (UTC +04:00)
Bakı. Könül Abdullayeva – APA. Azərbaycanda səfərdə olan Qırğızıstanın əmək, məşğulluq və miqrasiya nazirinin müavini Nurida Coldaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Qubadakı kütləvi məzarlığı ziyarət edib. APA-nın şimal bürosunun xəbərinə görə, N. Coldaşova ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib. O, ermənilərin müsəlmanlara qarşı törətdiyi bu soyqırım hadisəsinin dəhşətli cinayət olduğunu və faktla bağlı beynəlxalq qurumların məlumatlandırılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR