Bank Of Baku

“Gənc Liderlər üçün Qış Universiteti”ndə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi ilə görüş keçirilib

“Gənc Liderlər üçün Qış Universiteti”ndə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi ilə görüş keçirilib
# 04 fevral 2010 11:19 (UTC +04:00)
Oğuz. İbad Bağırov-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz rayonunda təşkil olunmuş “Gənc Liderlər üçün Qış Universiteti”ində bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüş keçirilib. APA-nın məlumatına görə, Raqif Abbasov gəncləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra gənc liderlər üçün psixoloji testlər keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən sonda suallara ən fəal cavab verən gənclər diplomla təltif olunub.

İkinci mərhələdə gənc liderlərdən təşkil olunmuş “Etimad”, “İrəli”, “Uğur”, “İnkişaf” komandalarının “Azərbaycan Konsttitusiyası”, “Müstəqil Azərbaycan” “Milli Məclis”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Azərbaycanlıların soyqırımı” mövzularında bilik səviyyələri yoxlanılıb.

Qeyd edək ki “Gənc Liderlər üçün Qış Universiteti” fevralın 2-dən 10-dək davam edəcək. Tədbirdə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 100 gənc iştirak edir. Layihə çərçivəsində “Uğur”, “Tərəqqi”, “Etimad” və “İnkişaf” adlı qruplara bölünən gənc liderlər üçün natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR