Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə təqdim olunub

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə təqdim olunub
# 04 fevral 2010 11:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə daxil olub. APA-nın xəbərinə görə, bu barədə sözügedən şuranın sədri Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq müsabiqəyə sənəd qəbulu baş çatıb və texniki ekspertiza keçirilib: “80-dən artıq təşkilatın təqdim etdiyi layihələr ekspertizadan keçməyib. Bu o deməkdir ki, onların sənədlər geri qaytarılacaq”.

A. Quliyev hazırda ikinci mərhələnin başa çatmaqda olduğunu bildirib: “Hesab edirik ki, biz nəticələri martın 10-dək açıqlayacağıq. Ötən il biz 1 milyon 868 min manatın müqabilində 569 layihə almışdıqsa, bu il 903 min manatın müqabilində 489 layihə almışıq. Büdcəni nəzərə alsaq, keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR