Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan olunub

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti  müsabiqə elan olunub
# 04 fevral 2010 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 fevral tarixdən 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edir. Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır. Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqəyə aşağıdakı dövlət orqanlarında olan vakant vəzifələr çıxarılıb:

Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Maliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tarif Şurasının Katibliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası, Milli Televiziya və Radio Şurası və s.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR