Bank Of Baku

“Gənc Liderlər üçün Qış Universiteti”ndə millət vəkili Anar Məmmədxanovla görüş olub

“Gənc Liderlər üçün Qış Universiteti”ndə millət vəkili Anar Məmmədxanovla görüş olub
# 04 fevral 2010 14:51 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz rayonunda təşkil olunmuş “Gənc Liderlər Üçün Qış Universiteti”nin iştirakçıları bu gün millət vəkili Anar Məmmədxanovla görüşüblər. APA-nın məlumatına görə millət vəkili belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Gənc liderlərin suallarına cavab verən millət vəkili Azərbaycanda erməni dilində xəbərlərin yayımlanmasını çox müsbət qiymətləndirib: “Biz düşmənlə onun meydanında mübarizə aparmalıyıq”.
Millət vəkili bu yaxınlarda böyük “Production” yaradacağını, Azərbaycana Hollivuddan tanınmış rejissorlar dəvət edəcəyini deyib. A. Məmmədxanov “Azərbaycan tarixi”, “İçəri Şəhər”, “Qobustan”, “Muğam tarixi” kimi sənədli filmlər çəkmək niyyətində olduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR