Bank Of Baku

Azərbaycan terminlərinə aid www.azterm.az portalı yaradılıb

Azərbaycan terminlərinə aid www.azterm.az portalı yaradılıb
# 04 fevral 2010 14:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın günlərdə Azərbaycan terminlərinə aid www.azterm.az portalı istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin son iclasında qərar qəbul olunub. Portal AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Terminologiya Komissiyası ilə birgə yaradılıb.

Portalın yaradılmasında əsas məqsəd mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzdə toplamaq, şagird, tələbə, müəllim və elmi araşdırmalarla məşğul olanların, müxtəlif peşə sahiblərinin gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla tapmasına yardımçı olmaqdır. Hazırda Azərbaycanda elm və texnikanın müxtəlif sahələrinə aid təxminən 600-ə yaxın terminoloji lüğət mövcuddur. Portalın yaradılması xaricdə yaşayan azərbaycanlılara da Azərbaycan dilinin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR