Bank Of Baku

Küveytin nümayəndə heyəti ilə İslam Konfransı Təşkilatı Gənclər Forumunun rəhbərliyi arasında görüş olub- FOTO

Küveytin nümayəndə heyəti ilə İslam Konfransı Təşkilatı  Gənclər Forumunun rəhbərliyi arasında görüş olub- <font color=red>FOTO</font>
# 04 fevral 2010 15:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Küveytin “LoYAC – Lothan Achievement Center” təşkilatının nümayəndə heyəti ilə İslam Konfransı (İKT) Təşkilatı Gənclər Forumunun rəhbərliyi arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş tanışlıq xarakteri daşıyıb. Görüşdə çıxış edən forumun baş katibi Elşad İsgəndərov Azərbaycan tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə Küveytli gənclərə məlumat verib. O, İKT Gənclər Forumunun bir neçə prioritet istiqamətlər üzrə işlər həyata keçirdiyini, birinci prioritet məsələnin ölkədə gənclərin inkişafı, digərinin isə gənclərlə əlaqələrin yaradılması, həmçinin qərblə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu deyib. Qarabağ münaqişəsinə toxunan E. İsgəndərov forumun həyata keçirdiyi “Xocalıya Ədalət” kampaniyası barədə də məlumat verib.

“LoYAC-Lothan” gənclər təşkilatının sədri Fərəh Əlsəqqaf isə rəhbərlik etdiyi təşkilatla bağlı məlumat açıqlayıb. Həmçinin Azərbaycana ilk dəfə səfər etdiyini bildirən təşkilat rəhbəri Azərbaycandakı gənclər təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR