Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin iclası keçirilir
# 05 fevral 2010 08:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə sahəsində əməkdaşlığı konkret layihələrə əsaslanmalıdır”. APA-nın məlumatına görə, bunu təşkilata üzv ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasındakı çıxışında qurumun baş katibi Məhəmməd Marufi deyib. Pakistanın səhiyyə naziri Mahmud Şahaniyyə səhiyyə mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsini və əczaçılıq vasitələrinin tənzimlənməsi problemlərinin müzakirəsini vacib sayıb. Qazaxıstanın səhiyyə naziri Doskaliyev qan köçürmə probleminə diqqət çəkib. O, hematofuziya zamanı təhlükəsizliyin müxtəlif viruslara yoluxma hallarını azaltmaq baxımından önəmli olduğunu söyləyib. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də qan köçürülməsi zamanı təhlükəsizlik və əczaçılıq məsələlərinin müzakirəsinin zəruri olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR