Bank Of Baku

Baş Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçib

Baş Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçib
# 05 fevral 2010 09:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Daxili işlər nazirinin göstərişi ilə Baş Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov deyib. O bildirib ki, respublika əhəmiyyətli bütün yolların hərəkət hissəsi qar və buzla örtülüb: “Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Belə havada yük avtomobillərinin və dörd çarxlı maşınların hərəkəti müşahidə olunur. Yol polisi əməkdaşları müvafiq qurumların əməkdaşları ilə birlikdə yollara qum səpilməsi işini həyata keçirir”.

Ə. Məcidovun sözlərinə görə, hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında, eləcə də Bakı şəhərində insanların ölümü və yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verməyib: “Bakı şəhərində bir neçə xırda toqquşma hadisəsi olub. Bunların avtomobillərin sürüşməsi ilə bağlıdır. Bu hadisələr sırf maddi ziyanla nəticələnib” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR