Bank Of Baku

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin Bakı Bəyannaməsi qəbul olunub

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin Bakı Bəyannaməsi qəbul olunub
# 05 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən ilk iclası başa çatıb. APA-nın məlumatına görə, iclasın yekununda Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə iştirakçı ölkələr səhiyyə sahəsində əməkdaşlıq niyyətini bir daha təsdiqləyiblər. Tərəflər səhiyyə sistemini inkişaf etdirmək, iştirakçı dövlətlərdə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətini bildirib, Səhiyyə Nazirliyi yanında İƏT-lə əməkdaşlıq üzrə milli koordinator təyin olunmasını tövsiyə ediblər. Bundan başqa bəyannamədə İƏT məkanında vahid qanköçürmə şəbəkəsinin yaradılması, dərman preparatlarının standartlaşdırılması, akademik əməkdaşlığı genişləndirilməsinin zəruriliyi ilə bağlı məqamlar da öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR