Bank Of Baku

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi: “Bakı görüşü əməkdaşlığın gələcək inkişafı üçün stimul olacaq”

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi: “Bakı görüşü əməkdaşlığın gələcək inkişafı üçün stimul olacaq”
# 05 fevral 2010 10:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Biz iki gün ərzində əməkdaşlıq məsələlərini müzakirə etdik. İlk gün ekspertlər səviyyəsində görüş keçirildi. Biz regional əməkdaşlığın bütün aspektlərini, üzv ölkələrin gələcək əməkdaşlığını müzakirə etdik. Toplantının yekununda Bakı Bəyannaməsi qəbul olundu”. APA-nın xəbərinə görə, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının yekunlarını şərh edən qurumun baş katibi Məhəmməd Yahya Marufi deyib. O, üzv ölkələrin səhiyyə sistemlərinin inkişafı haqda məruzələr dinlədiklərini söyləyib: “Bu görüş əməkdaşlığın gələcək inkişafı üçün stimul olacaq”.

M. Marufi yaxın gələcəkdə təşkilat daxilində hansı istiqamətlər üzrə layihələrin həyata keçiriləcəyinə dair suala cavablında iki istiqamətdən söz açıb: “İlk növbədə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. AIDS, hepatit kimi xəstəliklərlə mübarizə də önəmlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR