Bank Of Baku

Son 5 ildə 6179 müəllim ucqar kənd məktəblərinə işləməyə göndərilib

Son 5 ildə 6179 müəllim ucqar kənd məktəblərinə işləməyə göndərilib
# 05 fevral 2010 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son 5 ildə 6179 nəfər müəllim ucqar kənd məktəblərinə işləməyə göndərilib və onlar üçün stimullaşdırıcı layihələr həyata keçirilib”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin 2009-cu ilin yekunları və 2010-cu ildə görüləcək işlərlə bağlı keçirdiyi kollegiya iclasında nazir Misir Mərdanov deyib. O bildirib ki, artıq ucqar rayonlarda müəllim çatışmazlığı problemi aradan qaldırılıb: “Hazırda məktəblərə müəllim qəbulunun yeni mexanizmlərini hazırlamaq istiqamətində işlər aparılır. İndi bizim üçün əsas problemlərdən biri ixtisasartırma və təkmilləşdirmə ilə bağlıdır. Hər il orta məktəblərə 3000-3500 məzun göndəririk. Orta məktəblərdə 170 mindən çox müəllim çalışır. Lakin onların bir qisminin bilik və bacarıqları 15-20 il əvvəlki səviyyədə qalıb. Bu problemi həll etmək üçün nazirlikdə müvafiq mexanizm hazırlanır. Bu ildən ibtidai sinif müəllimlərinin təkmilləşdirilməsi yeni modul kredit sistemi əsasında həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR