Bank Of Baku

Azərbaycan ərazisində şaxtalı və qarlı hava fevralın 7-dək davam edəcək

Azərbaycan ərazisində şaxtalı və qarlı hava fevralın 7-dək davam edəcək
# 05 fevral 2010 13:11 (UTC +04:00)
Onun sözlərinə görə, Mərkəzi Aran rayonlarında düşən qarın miqdarı aylıq yağıntının 88-100 faizini təşkil edib. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda düşən yağıntının miqdarı aylıq yağıntının 173 faizini, Bakıda isə 118 faizini təşkil edib.

U. Tağıyeva bildirib ki, səhər saatlarına olan məlumata görə, Bakıda qar örtüyünün hündürlüyü 15 sm, dağlıq və dağətəyi rayonlarda 20 sm-dan 31 sm-dək, Aran rayonlarında isə 10-15 sm təşkil edib. Hazırda paytaxtda havanın temperaturu 1-2 dərəcə şaxta təşkil edir.

U. Tağıyevanın sözlərinə görə, hava şəraitində pik nöqtə bu gün gecə və sabah səhər saatlarında müşahidə olunacaq. Sabah gündüzdən başlayaraq külək mülayimləşəcək, buna baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq.

Havanın temperaturu paytaxtda 2 dərəcə şaxta, gecə isə 4-5 dərəcə şaxta təşkil edəcək. Fevralın 7-də gündüzdən qərb rayonlarından başlayaraq yağıntıların kəsiləcəyi gözlənilir.

Fevralın 8-də Azərbaycan ərazisində hava bir qədər isinəcək. Bakıda temperatur 2 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR