Bank Of Baku

Azərbaycanda bu il IX və XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı verəcəklər

Azərbaycanda bu il IX və XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı verəcəklər
# 05 fevral 2010 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il IX və XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı verəcəklər. IX sinif şagirdləri 2, XI sinif şagirdləri isə 8 fəndən imtahan verəcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirilən kollegiya iclasında bildirib. Nazir Rayon Təhsil şöbələri (RTŞ) rəhbərlərinə mərkəzləşmiş buraxılış imtahanlarının təşkili ilə bağlı ciddi tapşırıqlar verdiyini və bu işə daha ciddi yanaşmağı tələb etdiyini deyib: “XI siniflərdə mərkəzləşmiş buraxılış imtahanları zamanı hər otaqda 18 uşaq oturdurulacaq və onların hər birinə bir variant veriləcək. Yəni burada heç bir köçürmədən söhbət gedə bilməz. IX sinif şagirdləri üçün isə iki variantda test nümunələri tərtib ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR