Bank Of Baku

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib
# 05 fevral 2010 13:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən ilin ən vacib hadisəsi uzun illərdən bəri müzakirə olunan “Təhsil haqqında” qanunun qəbulu olub. Qanunun icra mexanizmləri ilə bağlı nazirlik 35 sənəd hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Artıq bu sənədlərdən 6-sı təsdiqlənib.

Qeyd olunub ki, ötən il prezidentin ehtiyat fondundan qəza vəziyyətindəki məktəblərin bərpası üçün 16 milyon, texniki peşə məktəblərinin inkişafı üçün 2 milyon, məktəbəqədər təhsilin inkişafı üçün 2 milyon, Azərbaycan Tibb Universitetinin tikintisi yarımçıq olan binasının inşasının davam etməsi üçün 3 milyon manat vəsait ayrılıb.

M. Mərdanov bəyan edib ki, son 5 ildə təhsil işçilərinin əməkhaqqı 5 dəfə, tələbələrin təqaüdü 10 dəfə artıb. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər əvvəlki ilə nisbətən 21 faiz artaraq 238 milyon manat təşkil edib. Hazırda dövlət bir ali məktəb tələbəsinin təhsilinə 2102 manat xərc çəkir.

M. Mərdanovun sözlərinə görə, son 2 ildə Azərbaycanda 28 yeni uşaq bağçası tikilib, 31 uşaq bağçası isə əsaslı təmir olunub. Son 5 ildə ölkədə 450 min yerlik 2 mindən artıq yeni məktəb binası tikilərək istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR