Bank Of Baku

Azərbaycan paytaxtında qar yağsa da, çörək qıtlığı müşahidə olunmur

Azərbaycan paytaxtında qar yağsa da, çörək qıtlığı müşahidə olunmur
# 05 fevral 2010 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunmasına baxmayaraq, paytaxtın pərakəndə ticarət şəbəkəsində çörək və un məmulatlarının çatışmazlığı ilə bağlı heç bir problem qeydə alınmayıb. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində fəaliyət göstərən çörək istehsalı müəssisələrində və sexlərdə kifayət qədər un və taxıl ehtiyatları mövcuddur: «Paytaxtın ticarət obyektlərində isə çörəyin çatışmazlığı ilə bağlı heç bir problem müşahidə olunmur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR