Bank Of Baku

Lənkəranda 1188 narkoman var

Lənkəranda 1188 narkoman var
# 05 fevral 2010 14:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Narkoloji Dispanseri tərəfindən 2009-cu ildə 101 narkoman qeydiyyata götürülüb ki, bu da 2008-ci illə müqayisədə 27 xəstə çoxdur. Bu barədə APA-nın cənub bürosuna məlumat verən dispanserin baş həkimi Vüqar Əliyev deyib ki, ümumilikdə qeydiyyatda olan 1188 narkomandan 7 nəfəri qadındır. Hazırda 3 xəstə stasionar müalicəyə cəlb olunub. 278 xəstə isə ötən il ambulatoriya şəraitində müalicə alıb. Dispanserdə profilaktik qeydiyyatda duranların sayı 399 nəfərdir ki, bunlardan da 5-i yetkinlik yaşına çatmayan, 36-sı isə qadındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR