Bank Of Baku

Azərbaycanda uşaq bağçalarına 104022 uşaq gedir

Azərbaycanda uşaq bağçalarına 104022 uşaq gedir
# 06 fevral 2010 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda Azərbaycanda uşaq bağçalarına gedən uşaqların sayı 104022 nəfərdir. Onların 33719 nəfəri Bakının uşaq bağçalarında təlim-tərbiyə alır. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Nazir deyib ki, ölkə üzrə 5 yaşlıların sayı 112 min nəfərdir. Onların 21 mini Bakı şəhərində yaşayır. Lakin nazirlik paytaxtdakı 5 yaşlıların yalnız 9416 nəfərini bağça ilə təmin edə bilir: “Əgər biz bağçalarda məskunlaşan məcburi köçkünləri köçürə bilsək, paytaxtdakı 5 yaşlıların hamısını bağça ilə təmin edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR