Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunun tibb müəssisələrində struktur dəyişikliklərinə başlanılıb

Azərbaycanın Lənkəran rayonunun tibb müəssisələrində struktur dəyişikliklərinə başlanılıb
# 07 fevral 2010 08:52 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanası (MRX) baş həkiminin müavini Əbülfət Məmmədov məlumat verib.

Məlumata görə, rayondakı 5 dispanser bundan sonra xəstəxana kimi, 26 həkim ambulatoriyası, 5 xəstəxana da daxil olmaqla 31 tibb müəssisəsi və 34 feldşer-mama məntəqəsi isə tibb məntəqəsi kimi fəaliyyət göstərəcək.

İslahatlar çərçivəsində Lənkəran şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərindəki xəstəxanalarda çarpayı sayı 1320-dən 525-ə, mərkəzi rayon xəstəxanasında isə 620-dən 350-ə endirilib.

Ə. Məmmədovun sözlərinə görə, həyata keçirilən struktur dəyişiklikləri rayonunun səhiyyə ocaqlarında çalışan 350 nəfər ali təhsilli həkimin və 929 nəfər orta ixtisaslı tibb işçisinin ixtisarına səbəb olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR