Bank Of Baku

Hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanan Ağsu aşırımında nəqliyyatın hərəkəti bərpa edilib

Hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanan Ağsu aşırımında nəqliyyatın hərəkəti bərpa edilib
# 08 fevral 2010 07:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanan Ağsu aşırımında nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Ərəstun Məcidov məlumat verib. Onun sözlərinə görə, artıq Ağsu aşırımında yollar qardan və buzdan tam təmizlənib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti bu gündən bərpa olunub.

Qeyd edək ki, fevralın 5-də Azərbaycan ərazisinə yağan güclü qar Bakıda, eləcədə ölkənin magistral yollarında nəqliyyatın hərəkətini iflic etmişdi. Ağsu aşırımının bağlanması nəticəsində yollarda qalan yüzlərlə insan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunaraq yaşadıqları ünvanlara çatdırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR