İmmiqrantlar üçün ən populyar ölkə ABŞ olub. BMT-nin proqnozlarına əsasən, 2010-cu ildə bu ölkəyə daimi yaşayış üçün 40 mln-dan artıq insan köçəcək və ABŞ-a gələnlərin sayı 1960-cı illə müqayisədə 4 dəfə çoxalıb, illik artım isə 2,9% təşkil edir.
ABŞ-ın immiqrantlar üçün populyar ölkə olmasına baxmayaraq, bu ölkə artım tempinə görə Səudiyyə Ərəbistanından geri qalır. Belə ki, 1960-cı ildən başlayaraq Səudiyyə Ərəbistanına gələnlərin sayı ildə 10% artır və 2010-cu ildə onların ümumi sayının 7 mln-dan çox olacağı pronozlaşdırılır. Halbuki, 1960-cı ildə immiqrantların sayı 63,4 min nəfər olub.
BMT-nin məlumatına əsasən, Rusiya immiqrantların sayına görə Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yeri tutur. Belə ki, 1960-cı illərin əvvəlinə Rusiyaya daimi yaşamaq üçün 3 mln. nəfər gəlib, 2010-cu ilin əvvəlinə isə immiqrantların sayı 12 mln-dan çox olub. Rusiyaya gələnlərin yüksək sürətlə artımı əsasən ötən əsrin 90-cı illərin əvvəlinə – SSRİ-nin dağılması dövrünə təsadüf edib və bu ölkəyə gələn immiqrantların çoxunu keçmiş sovet respublikalarının vətəndaşları təşkil edib. Buna baxmayaraq, 2005-ci ildən etibarən Rusiyaya gələnlərin sayı bir qədər azalıb. Belə ki, son 5 il ərzində Rusiyaya köçənlərin sayı cəmi 160 min nəfər təşkil edib ki, buna əsas səbəb Rusiya hökumətinin immiqrantların qeydiyyatı ilə bağlı sərt qaydaların tətbiqi olub. Məhz sözügedən sərt qaydalar Rusiyaya qeyri-leqal gələnlərin sayını çoxaldıb, qanun çərçivəsində köçənlərin sayını isə azaldıb. Belə ki, Moskvaya iş tapmaq məqsədilə ildə 2 mln. xarici gəlir və onlardan yalnız 300 mini rəsmi işçi statusu alır.
İmmiqrantların 10 ən populyar ölkəsi
Ölkə | İmmiqrantların 1960-cı ildəki sayı (min nəfər) | İmmiqrantların 1990-cı ildəki sayı (min nəfər) | İmmiqrantların 2005-ci ildəki sayı (min nəfər) | İmmiqrantların 2010-cu ildəki sayı (min nəfər) | İllik artım | |
1. | ABŞ | 10 825,6 | 23 251,0 | 39 266,5 | 42 813,3 | 2,9% |
2. | Rusiya | 2 941,7 | 11 524,9 | 12 079,6 | 12 270,4 | 3,1% |
3. | Almaniya | 2 002,9 | 5 936,2 | 10 597,9 | 10 758,1 | 3,7% |
4. | Səudiyyə Ərəbistanı | 63,4 | 4 743,0 | 6 336,7 | 7 288,9 | 10,2% |
5. | Kanada | 2 766,3 | 4 497,5 | 6 304,0 | 7 202,3 | 1,8% |
6. | Fransa | 3 507,2 | 5 897,3 | 6 478,6 | 6 684,8 | 1,4% |
7. | Böyük Britaniya | 1 661,9 | 3 716,3 | 5 837,8 | 6 451,7 | 2,8% |
8. | İspaniya | 210,9 | 829,7 | 4 607,9 | 6 377,5 | 6,9% |
9. | Hindistan | 9 410,5 | 7 493,2 | 5 886,9 | 5 436,0 | -1,0% |
10. | Ukrayna | - | 6 892,9 | 5 390,6 | 5 257,5 | - |
Cəmi | 214 001,7 |