Bank Of Baku

Azərbaycan ərazisində yağıntı olmayacaq, temperatur yüksələcək

Azərbaycan ərazisində yağıntı olmayacaq, temperatur yüksələcək
# 08 fevral 2010 09:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 1-3 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Fevralın 9-da havanın buludlu, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli, az yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 3-6 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək, səhər şimal küləyinə keçəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq.

Fevralın 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 9-da havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntı olacağı ehtimalı var. Gecə və səhər
ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə 23-25 m/san-dək güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Fevralın 10-11-də havanın, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti,
dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında yüksək atmosfer təzyiqinin üstünlük təşkil etməsi və oksigenlə zəngin olması meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR