Bank Of Baku

Naxçıvanda 12 nəfərə müxtəlif fəxri adlar verilib

Naxçıvanda 12 nəfərə müxtəlif fəxri adlar verilib
# 09 fevral 2010 07:18 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan Muxtar Respublikasında (MR) təhsil, səhiyyə, mədəniyyət, mətbuat, bədən-tərbiyəsi və idmanın, tikinti və memarlıq sahələrinin inkişafında, dövlət qulluğunda xidmətlərinə görə 12 nəfərə müxtəlif fəxri adlar verilib. APA-nın yerli bürosunun xəbərinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb. Fərmana əsasən Tural Bağırov, İsgəndər Əliyev “Əməkdar artist”, Cavid İsmayılov “Əməkdar rəssam”, Şəfiqə Qasımova, Arif Nuriyev, Dilarə Tağıyeva “Əməkdar müəllim”, Təmleyxa Cəbiyev, İlham Seyidov “Əməkdar həkim”, Hafizə Əliyeva “Əməkdar jurnalist”, Rza Camalov “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Azər Nəsirli “Əməkdar memar”, Əli Hüseynəliyev “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR