Bank Of Baku

Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirilib

Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirilib
# 09 fevral 2010 08:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, “HP”, “MƏDƏD”, “ULTRA” şirkətləri tərəfindən dəstəklənən konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan təhsildə informasiya kommunikasiya texnologiyalarının (İKT) səviyyəsinə görə dünya ölkələri arasında yuxarı yerlərdən birini tutur: “Bu, bizi arxayınlaşdırmamalıdır. Məktəbəqədər təhsildən başlamış orta təhsil və təhsilin digər pillələrində İKT-nin tətbiqini genişləndirmək lazımdır”. Nazir ölkədə İKT sahəsində fəaliyyət göstərən şirkətlərə bu ili “Azərbaycan məktəblərində İKT-nin daha geniş tətbiqi ili” elan etməyi, bir neçə nominasiyada müsabiqələr keçirməyi və ilin sonunda qalibləri mükafatlandırmağı təklif edib.
M. Mərdanovun sözlərinə görə, ötən il nazirliyin nəzdində fəaliyyət göstərən İKT idarəsi 500 məktəbi geniş zolaqlı internetə qoşub. Bu il isə daha 500 məktəb geniş zolaqlı internetə qoşulacaq: “1000 məktəbin internetə qoşulması o qədər də böyük rəqəm deyil. Çünki Azərbaycanda 4000-ə yaxın məktəb var. Biz ilk növbədə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərin və rayon mərkəzlərinin məktəblərini internetlə təmin etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR