Bank Of Baku

Məşhur milyonçu Ağa Musa Nağıyev haqqında veb-sayt hazırlanır

Məşhur milyonçu Ağa Musa Nağıyev haqqında veb-sayt hazırlanır
# 09 fevral 2010 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyev haqqında veb-sayt hazırlanır. Bu barədə APA-ya məlumat verən Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva bildirib ki, saytın yaradılmasında əsas məqsəd Ağa Musa Nağıyevin adını daşıyan İctimai Birliyin fəaliyyətini daha gücləndirmək və məşhur milyonçu haqqında daha dolğun informasiya verməkdir: “Saytı fevralın sonlarında istifadəyə vermək fikrindəyik. Azərbaycan vətəndaşları, xüsusən də gənclər Musa Nağıyevin fəaliyyəti, gördüyü ictimai işlər, xeyriyyəçiliklə bağlı atdığı addımlarla tanış olacaqlar”. D. Nağıyevanın sözlərinə görə, martın 4-də babasının vəfatının 91 illiyidir. Bununla bağlı birlik bir neçə tədbir keçirməyi planlaşdırır: “Xüsusən də Ağa Musa Nağıyevin neft sənayesi ilə bağlı fəaliyyətini, bu fəaliyyətin qaranlıq məqamlarını işıqlandırmaq istəyirik. Mən onun tikdirdiyi 98 binadan heç olmasa 50-nin fotolarını saytda yerləşdirəcəyəm. Qoy bilsinlər ki, bu binalar Ağa Musa Nağıyeva məxsus olub. Babam digər milyonçular arasında yeganə milyonçudur ki, onun 98 binası olub”. D. Nağıyevanın bildirdiyinə görə, bu saytda keçmiş Bakı milyonçuları bağlı da məlumatlar yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR