Bank Of Baku

Ötən il bələdiyyələr tərəfindən qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb, 23 fakt üzrə materiallar prokurorluğa göndərilib

Ötən il bələdiyyələr tərəfindən qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb, 23 fakt üzrə materiallar prokurorluğa göndərilib
# 09 fevral 2010 11:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub. Məruzəni Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə təqdim edib. Onun sözlərinə görə, ötən il ərzində bələdiyyələrin fəaliyyətində irəliləyişlərə nail olunub, qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə işləri aparılıb və müsbət təcrübə əldə olunub. M. Səlimzadə deyib ki, il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 34 bələdiyyə tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb, 23 fakt üzrə materiallar araşdırılmaq üçün Respublika Baş Prokurorluğuna göndərilib: “Eyni zamanda, qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb. 16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb”.

M. Səlimzadə hazırda Azərbaycanda 1518 bələdiyyənin mövcud olduğunu, onlardan 9-da təkrar bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra məruzə parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR