Bank Of Baku

Azərbaycanda 56 min nəfər “donuz qripi”nə qarşı peyvənd olunub

Azərbaycanda 56 min nəfər “donuz qripi”nə qarşı peyvənd olunub
# 09 fevral 2010 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda indiyədək 56 min nəfər A H1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, peyvəndləmə prosesi Bakı da daxil olmaqla bütün bölgələrdə aparılır. Paytaxtda peyvənd olunmalı olan 42 min nəfərdən artıq 33 mini bu əməliyyatdan keçib. Sektor müdiri deyib ki, peyvəndləmə əməliyyatı daha iki həftə davam edəcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
`
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR