Bank Of Baku

Azərbaycanın daha 4 rayonuna elektrik enerjisinin verilişi dayandırılıb

Azərbaycanın daha 4 rayonuna elektrik enerjisinin verilişi dayandırılıb
# 09 fevral 2010 11:45 (UTC +04:00)
Ağsu. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarına elektrik enerjisinin verilişi dayandırılıb. APA-nın Şirvan bürosunun məlumatına görə, enerji verilişində fasilə saat 13.30 radələrindən yaranıb. Məlumata görə, buna Mingəçevirdən Bakıya gedən yüksək gərginlikli elektrik xətlərində qəza baş verməsi səbəb olub.

Mingəçevir Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin Ağsu Şəbəkə rayonunun rəisi Vahid Həsənov APA-nın yerli bürosuna bildirib ki, 220/110/10 kilovoltluq Ağsu yarımstansiyasının əhatə etdiyi 4 rayona elektrik enerjisinin verilişinin dayandırılması Mingəçevirdən Bakıya gedən yüksək gərginlikli elektrik xətlərində baş verən qəza ilə bağlıdır. Onun sözlərinə görə, Mingəçevirdən Bakıya gedən elektrik xəttinin üzərinə 2 gün əvvəl Göyçay-Qaraməryəm ərazisində qarlı və çovğunlu hava şəraiti ilə bağlı 220 kilovoltluq Qəbələ hava xətti düşüb. O zaman qəza vəziyyəti aradan qaldırılıb.
V. Həsənov deyib ki, hazırda Qobustan rayonunun Mərəzə qəsəbəsindən Göyçay rayonuna kimi olan ərazidə elektrik xətlərinin yoxlanması prosesi gedir, qəza briqadası hadisə yerində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR