Bank Of Baku

Xaçmazda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı regional müşavirə keçirilib

Xaçmazda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı regional müşavirə keçirilib
# 09 fevral 2010 12:56 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) 90 illik yubileyi ilə əlaqədar bu gün Xaçmaz rayonunda regional müşavirə keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, müşavirədə qeyd olunub ki, bölgədə yaşayan aztəminatlı ailələrə, kimsəsizlərə, əlillərə, eləcə də təbii fəlakət hadisələri zamanı zərərçəkənlərə AQAC-in rayon bölmələri tərəfindən tibbi və sosial yardımlar göstərilib. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə Qarabağ döyüşlərində itkin düşən vətəndaşların axtarılması istiqamətində müvafiq tədbirlər görülüb.
Regional müşavirədə AQAC-in rayonlardakı bölmələrinin fəaliyyətinin daha da möhkəmləndirilməsi perspektivləri müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR