Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Bərdədə olub

Azərbaycanın mədəniyyət və turizm naziri Bərdədə olub
# 09 fevral 2010 14:39 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Bərdə rayonuna səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir Bərdədə yeni tikilmiş elektron kitabxananın açılışında iştirak edib, Bərdənin tarixini özündə əks etdirən abidələrin vəziyyəti ilə tanış olub. Ə. Qarayev rayonda bərpaya ciddi ehtiyac duyan mədəniyyət obyektlərinin mövcud durumu ilə də maraqlanıb.
Jurnalistlərlə söhbətində nazir bildirib ki, ölkə ərazisində mövcud olan bütün tarixi abidələrin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunması və mühafizəsi üçün siyahıyaalma aparılıb: «Son illər Azərbaycan arxeoloqlarının aşkar etdikləri bütün türbələr, qədim tikili qalıqları, qazıntılar nəticəsində əldə olunmuş məlumatlar həmin siyahıya salınıb. Bu gün Azərbaycanda 6900-dən artıq tarixi abidə bu siyahıda yer tutur. Amma son vaxtlar aparılmış arxeoloji qazıntılar və onların nəticələrini nəzərə alsaq, demək olar ki, bu abidələr və nümunələrin sayı 7100-dən artıq olacaq».
Ə. Qarayev deyib ki, bu tarixi abidələrin heç də hamısının vəziyyəti nazirliyi qane etmir. Bəzi abidələrin tamamilə təhlükə altında olduğunu bildirən nazirin sözlərinə görə, bu gün bütün tarixi abidələrin hamısını bərpa etmək və ya yenidən qurmaq heç də mümkün deyil: “Çünki nazirlik daha çox abidələrin olduğu şəkildə qorunub saxlanmasının tərəfdarıdır və yalnız mütəxəssislərin rəy verdiyi abidələrin bərpasına üstünlük verir”.
Bununla belə, Ə. Qarayev 100-ə yaxın abidənin yenidən qurulması və bərpası üçün dövlət proqramının hazırlandığını da bildirib. Təkcə Bərdə şəhərindəki tarixi abidələrin vəziyyətini nümunə göstərən nazir deyib ki, bu gün keçmişdən xəbər verən nümunələrin qorunması işi yetərincə həyata keçirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR