Bank Of Baku

ÜST rəhbərliyi Azərbaycana “donuz qripi”nə qarşı immunlaşmanı davam etdirməyi tövsiyə edib

ÜST rəhbərliyi Azərbaycana “donuz qripi”nə qarşı immunlaşmanı davam etdirməyi tövsiyə edib
# 09 fevral 2010 15:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. A H1N1 pandemik qripinə qarşı immunlaşdırmanı gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Mark Danzon tərəfindən Səhiyyə Nazirliyinə məktub ünvanlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
məktubda pandemiyanın bu gün də davam etdiyini və bu virusun hələ də xüsusilə də risk qrupuna daxil olan vətəndaşlar üçün təhlükəli olmasını nəzərə alaraq immunlaşmanı davam etdirmək tövsiyə olunub. Məktubda həmçinin bildirilir ki, xəstəliyə yoluxma halının azalması hələ bu virusa yoluxma halının azalması demək deyil. ÜST təmsilçisi bildirib ki, pandemiya dövrünün ləğvi rəsmən bəyan edilməyənə kimi yoluxma riski davam edir və bunun da qarşısını yalnız vaksinasiya ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR