Bank Of Baku

Azərbaycan Prezidenti AMEA-nın gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti AMEA-nın gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb
# 09 fevral 2010 19:08 (UTC +04:00)
APA-nın xəbərinə görə, sərəncamda bildirilib ki, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Bu, Azərbaycanda elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi ilə edlib.

Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin müəyyən olunmuş qaydada ayrılmasını təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR