Bank Of Baku

Səbail rayon İcra Hakimiyyətində 2009-cu ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

Səbail rayon İcra Hakimiyyətində 2009-cu ilin yekunlarına həsr olunmuş toplantı keçirilib
# 10 fevral 2010 09:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Səbail rayon İcra Hakimiyyətində 2009-cu ilin yekunlarına həsr olunmuş toplantı keçirilib. APA-nın məlumatına görə, toplantıda rayon İcra Hakimiyyətinin rəhbərliyi, bu rayondan seçilmiş millət vəkilləri, rayonun hüquq mühafizə orqanlarının, arı-ayrı dövlət qurumlarının, rayon ərazisindəki ali məktəblərin rəhbərləri iştirak ediblər. İştirakçılara ötən il rayon ərazisində həyata keçirilmiş işlərlə bağlı videosüjet təqdim olunub. Məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2009-cu il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Onun sözlərinə görə, ötən il Səbail rayonunda çalışan işçilərin sayı 85462 nəfər, orta aylıq əmək haqqının məbləği isə 651.9 manat olub: “2009-cu il ərzində rayonda 2214 daimi iş yeri açılıb”. Asif Əsgərov rayonda, ilk növbədə Bibiheybət buxtasında neftlə çirklənmiş 174 ha ərazinin Dövlət Neft Şirkətinin Ekologiya Departamenti tərəfindən təmizləndiyini, burada 55 minə yaxın ağac və kol əkildiyini bildirib. O, ötən il ərzində rayon ərazisində təmir-tikinti işlərinin həyata keçirildiyini qeyd edib: “Yeni Azərbaycan Partiyasının yaranış günü - noyabr ayının 21-də xüsusi layihə əsasında partiyanın Səbail rayon təşkilatı üçün 3 mərtəbəli yeni binanın təməli qoyulub, həmçinin Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə və Badamdar qəsəbə Mədəniyyət Evinin əsaslı təmirinə başlanıb. Keçən il tikintisinə başlanmış Səbail rayon Polis İdarəsinin yeni binasında hazırda tamamlama işləri aparılır”.

İcra başçısı qeyd edib ki, istehlak olunan enerji sərfiyatına görə ümumi yığım orta hesabla 99,4 %, əhali sektorunda yığım isə 96,5 % olub və 2009-cu ilin yekununa görə Səbail rayon enerji təchizatı və satışı idarəsi bu göstəriciyə görə Bakı şəhəri üzrə birinci yeri tutur.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıb, rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR