Bank Of Baku

Sumqayıtda Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib

Sumqayıtda Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib
# 10 fevral 2010 10:04 (UTC +04:00)
Sumqayıt - APA. Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı V.Əliyev çıxışında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Şöbəsinin fəaliyyətindən, şöbənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.

Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti N.Aslan cəmiyyətin yaranma tarixi, inkişafı, hazırkı fəaliyyəti barədə məlumat verib, V.Əliyevə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında xidmətlərinə görə cəmiyyətin “Qızıl Aypara” medalını təqdim edilib.

Tədbir zamanı cəmiyyətin Sumqayıt şəhər Şöbəsinin fəaliyyətini əks etdirən videoçarxlar, sonda isə musiqili bədii proqram nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR