Bank Of Baku

Zərdab rayonuna yağan qarın əriməsi nəticəsində yaşayış evlərini su basıb

Zərdab rayonuna yağan qarın əriməsi nəticəsində yaşayış evlərini su basıb
# 10 fevral 2010 11:51 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Azərbaycanın Zərdab rayonuna yağan qarın əriməsi nəticəsində bir sıra problemlər yaranıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-nın yerli bürosuna bildirib ki, qar suları Zərdab şəhərində İslam İbrahimova məxsus evin çiy kərpicdən tikilən yardımçı tikilisini uçurub. Rayon mərkəzində yol kənarında çökək hissədə yerləşən fərdi yaşayış evlərini su basıb.
Vəziyyətlə bağlı bu gün rayon İcra Hakimiyyəti başçısının, Zərdab Fövqəladə Hallar Komissiyası üzvlərinin və yerli ağsaqqalların iştirakı ilə iclas keçirilib. Toplantıda vəziyyətdən çıxış yolları müzakirə olunub.
Məlumata görə, hazırda rayonda beş su nasosu vasitəsilə fərdi yaşayış evlərinə dolan qar suları çəkilir. Rayonda əlavə olaraq su nasoslarına ehtiyac olması haqda Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR