Bank Of Baku

Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi internet səhifəsi yaradılıb

Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi internet səhifəsi yaradılıb
# 10 fevral 2010 11:53 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, yeni sayt www.ombudsman.nakhchivan.az domen adı altında fəaliyyət göstərir.

Saytın yaradılmasında məqsəd muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlərin, Müvəkkil təsisatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, Ombudsmana müraciət qaydaları, şikayətə baxılması qaydaları, ümumiyyətlə isə Müvəkkilin fəaliyyəti ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılmasıdır. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytın istifadəyə verilməsi istifadəçilərə dünyada Müvəkkil təsisatının yaradılmasının tarixi, muxtar respublikada bu təsisatın yaradılması, onun hüquqi əsasları, əsas istiqamətləri, onun aparatının hüquqi vəziyyəti və təşkilatın strukturu haqqında hərtərəfli məlumat almalarına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR