Bank Of Baku

Azərbaycanda pensiyaların plastik kartlarla ödənişi sahəsi genişlənir

Azərbaycanda pensiyaların plastik kartlarla ödənişi sahəsi genişlənir
# 10 fevral 2010 13:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində 2009-cu il ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 62 563 nəfər artıb.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics»ə bildiriblər ki, bu il yanvarın 1-nə olan məlumata görə, pensiyasını plastik kartla əldə edənlərin sayı 18%-dək artaraq 1 120 134 nəfər təşkil edib.

Hazırda pensiyaların 97,4% ödənişi plastik kartlarla həyata keçirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6% artıb və hazırda ölkə üzrə kənd əhalisinin 94,9%-i plastik kartla təmin olunub. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100%-i pensiyaları plastik kartlarla alırlar. Qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Qeyd edək ki, Azərbaycanda 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında mühüm vəzifələrdən biri kimi qarşıya qoyulan pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi planlaşdırılır. Azərbaycan bankomat və POS-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsini öyrənərək tətbiq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR