Bank Of Baku

Azərbaycan ərazisində hava yenidən pisləşəcək

Azərbaycan ərazisində hava yenidən pisləşəcək
# 10 fevral 2010 13:41 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, şimal-şərq axınlarının üstünlüyü nəticəsində fevralın 11-dən 14-dək hava şəraitinin tutqun keçəcəyi, əsasən şərq rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir. Yağıntılar bəzi ərazilərdə sulu qara, dağlıq və dağətəyi ərazilərdə qara keçəcək.

U. Tağıyeva deyib ki, hava şəraiti qeyri-sabit keçsə də, fevralın 5-6-da müşahidə olunan kəskin soyuqlar müşahidə olunmayacaq: “Ötən həftənin sonunda paytaxtda 4 dərəcə şaxta qeydə alınmışdı. Lakin bu dəfə paytaxtda günorta saatlarında temperatur 1-3 dərəcə isti, gecə saatlarında isə 0 dərəcəyə yaxın olacaq. Paytaxtda yağıntılar daha çox yağış şəklində özünü göstərəcək. Lakin paytaxtın və Abşeron yarımadasının bəzi ərazilərində səhər və axşam saatlarında yağıntının sulu qarla əvəz olunması ehtimalı var”.

U. Tağıyevanın sözlərinə görə, fevralın 5-6-da müşahidə olunan prosesdən fərqli olaraq, bu dəfə güclü külək də gözlənilmir. Paytaxta küləyin sürəti 9-14, arabir isə 17 m/san olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR