Bank Of Baku

Azay Quliyev İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüşüb

Azay Quliyev İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüşüb
# 10 fevral 2010 15:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri - ölkə üzrə menecer Klass Rassmussen, ölkə üzrə məsləhətçi Cessika Pellrud və İsveçin Bakıdakı vitse-konsulu Bəhram Atabəyli ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyev qurumun yaranması, fəaliyyəti, son iki ildə keçirilmiş QHT-lərə maliyyə yardımı müsabiqələri və onların nəticələri barədə qonaqları məlumatlandırıb. Qonaqlar isə İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə danışıblar. Onların Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məqsədilə Cənubi Qafqazda regional layihələrin maliyyələşdirilməsi haqda təkliflərinə cavab olaraq A. Quliyev bildirib ki, belə layihələr təkcə dialoq xətrinə deyil, həqiqətən Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdikdə dəstəklənə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR