Bank Of Baku

Ötən il Lənkəranda 104 boşanma qeydə alınıb

Ötən il Lənkəranda 104 boşanma qeydə alınıb
# 10 fevral 2010 23:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 2009-cu ildə Lənkəran Şəhər Qeydiyyat Şöbəsi tərəfindən Lənkəran rayonu üzrə 1652 nikah faktı qeydiyyata alınıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna şöbənin rəisi Əzizulla Şükürov verib.

Onun sözlərinə görə, ötən il 3502 doğum və 226 ölüm qeydiyyatı aparılıb. Boşanmaların sayı isə 104 olub. Bunlardan 39-u xasiyyətin uyuşmaması, 5-i ər və ya arvadın azadlıqdan məhrum edilməsi, 13-ü ailədə övlad uşağın olmaması, 22 qısqanclıq, 2 sərxoşluq və 23-ü isə maddi durumla bağlı olub.

Ə.Şükürov son zamanlar dövrü mətbuatda cənub bölgəsində erkən nikahların geniş miqyas alması və boşanmaların məhz belə nikahlar zamanı baş verməsi ilə əlaqədar dolaşan fikirlərlə qəti razılaşmadığını dilə gətirərək 2009-cu ildə Lənkəranda erkən nikah səbəbindən boşanma faktının qeydə alınmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR